"Summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir"


Digərləri 11 Okt 2017 10:16:00 318 0

"Summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir"

Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni formasına keçidlə bağlı müəyyən işlər görülür.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi şagirdlərin qiymətləndirilməsi prosesini icra edən dövlət qurumudur: "Hazırda bununla bağlı müəyyən təkliflər hazırlanıb. Yeni təkliflərə əsasən, dərs prosesində formativ qiymətləndirməyə daha çox yer veriləcək. Çünki formativ qiymətləndirmə şagirdlə müəllim, eyni zamanda, valideyn arasında əsas informasiya mənbəyidir".

Nazirlik rəsmisi xatırladıb ki, summativ qiymətləndirmədə şagirdə, sadəcə, qiymət yazılırsa, formativ qiymətləndirmədə şagirdin müxtəlif mövzular üzrə irəliləyiş və geriləmələri izahlı olaraq qeyd olunur: