Hindistan səfiri ADU-nun "Səfir saatı"nda tələbələrlə görüşüb (FOTO)


Digərləri 11 Okt 2017 10:11:00 53 0

Hindistan səfiri ADU-nun "Səfir saatı"nda tələbələrlə görüşüb (FOTO)

Oktyabrın 10-da Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Azərbaycan Dillər Universitetində (ADU) həyata keçirilən yeni “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.

Bu xəbəri də oxu: Cazibədar Keyt FOTO

Bakı. Oktyabrın 10-da Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Azərbaycan Dillər Universitetində (ADU) həyata keçirilən yeni “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, öncə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev səfiri universitetdə görməkdən məmnunluğunu bildirib. Hindistan səfirliyi ilə ADU arasında çox sıx və faydalı əməkdaşlığın mövcud olduğunu deyən professor tələbələrin bu görüşdən zövq alacaqlarına əminliyini ifadə edib. Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir S.Rana rəhbərliyin səfirliklə universitet arasındakı əlaqələrin inkişafına dəstək və qayğısını yüksək qiymətləndirib. Səfir “Mahatma Qandi: Həqiqət və qeyri-zorakılıq carçısı” mövzusunda məruzə ilə çıxış edib. O, öz çıxışında M.Qandinin həyatının ilk illəri, Cənubi Afrikadakı fəaliyyəti, onun Hindistanın müstəqillik mübarizəsində, “Duz yürüşü”ndə və “Hindistanı tərk et” hərəkatındakı rolu, Hitlerə məktubu haqqında ətraflı məlumat verib. M.Qandinin fəlsəfi düşüncələri, “Qandinin talismanı” haqqında danışan səfir onun “Qeyri-zorakılıq-Ahimsa” və “İstədiyin dəyişiklik ol!” ideyalarından bəhs edib. Səfir M.Qandinin mülki itaətkarlıq və bəşər qarşısındakı xidmətlərindən də söz açaraq onun təhsil haqqında fikirlərini tələbələrin diqqətinə çatdırıb. Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib. Fəallıq göstərən tələbələrə səfirlik tərəfindən kitab hədiyyə olunub. Sonda səfir S.Rana ADU-nun xatirə dəftərinə ürək sözlərini yazıb. Qeyd edək ki, universitetdə “Səfir saatı” adlı yeni klub yaradılıb. Bu layihənin məqsədi ADU-ya gələn səfirlərin təkcə müvafiq mərkəzlərlə deyil, digər strukturlar ilə də əlaqələrinin qurulması və onların universitetdə mühazirələrlə çıxış etməsini təmin etməkdir. Hindistan səfirinin mühazirəsi bu layihə çərçivəsində həyata keçirilən ilk tədbirdir.
Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib like
  • 11 Okt 10:07  
Digərləri Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn avtomobi

arrow Ətraflı
Prosineçki Azərbaycanla bağlı qərarını açıqladı like
  • 11 Okt 10:03  
İdman Prosineçki Azərbaycanla bağlı qərarını açıqladı

Robert Prosineçki futbol üzrə Azərbaycan millisindən getm

arrow Ətraflı
Bakıda qəza törədən sürücü maşından düşüb qaçdı like
  • 11 Okt 10:03  
Digərləri Bakıda qəza törədən sürücü maşından düşüb qaçdı

Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən q

arrow Ətraflı
Nərgizin maşınına hücum etdilər  4 minlik ziyan  FOTO like
  • 11 Okt 10:00  
Kriminal Nərgizin maşınına hücum etdilər 4 minlik ziyan FOTO

ATV-də yayımlanan "Laləli saray" serialının əsas qəhrəmanları

arrow Ətraflı
Üç xarici şirkətin Azərbaycanda filialı ləğv olundu like
  • 11 Okt 09:58  
Digərləri Üç xarici şirkətin Azərbaycanda filialı ləğv olundu

"Euro Architects and Engineers European Economic İnterest Grouping"

arrow Ətraflı
Bakıda yağışdan sonra "göl"lər olmayacaq like
  • 11 Okt 09:56  
Digərləri Bakıda yağışdan sonra "göl"lər olmayacaq

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseyno

arrow Ətraflı
Qızıl 4 dollara yaxın ucuzlaşdı like
  • 11 Okt 09:54  
Dünya Qızıl 4 dollara yaxın ucuzlaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,31% - 22 830,68 bəndədək, S&P 500

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 11 Okt 09:53  
Digərləri Manatın MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, oktyabrın 11-ə olan rəs

arrow Ətraflı
Meri güllələdilər  Meksikada like
  • 11 Okt 09:51  
Dünya Meri güllələdilər Meksikada

Meksikanın Puebla ştatının Uitsilan-de-Serdan bələdiyyəsi administrasiyas

arrow Ətraflı