Donald Tramp və Tereza Mey İranın nüvə silahı tədarükünə maneə yollarını müzakirə ediblər


Dünya 11 Okt 2017 09:57:59 388 0

Donald Tramp və Tereza Mey İranın nüvə silahı tədarükünə maneə yollarını müzakirə ediblər

ABŞ prezidenti ilə Böyük Britaniyanın baş naziri arasında telefon danışığı baş tutub

ABŞ Prezidenti Donald Tramp ilə Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, D.Tramp ilə T.Mey İranın nüvə silahı tədarükünə maneə yollarını müzakirə ediblər.

Qeyd olunub ki, Donald Tramp İran rejimini törətdiyi hərəkətlərə, o cümlədən terrorizmi dəstəklədiyinə görə məsuliyyətə cəlb etməkdə birgə iş aparmağın vacibliyini vurğulayıb.