Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB - VİDEO


Dünya 11 Okt 2017 10:06:00 290 0

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB - VİDEO

İki mindən çox bina zərər çəkib və ya dağılıb

Kaliforniyada meşə yanğınları nəticəsində azı 17 nəfər həlak olub.

"Report" "The New York Times" nəşrinə istinadən xəbər verir ki, yüzlərlə adam xəstəxanaya yerləşdirilib, iki mindən çox bina zərər çəkib və ya dağılıb.

Eyni zamanda, yerli hökumət orqanları xeyli sayda insanın itkin düşdüyünü, bir çox qurbanların nəzərə alınmadığını, bəzi bölgələrin xilasetmə briqadaları üçün əlyetərli olmadığını əsas gətirərək ölən və yaralananların sayının artacağını bildirib.

***22:54

Amerikanın Kaliforniya ştatı ərazisində baş verən meşə yanğınları nəticəsində ən azı 13 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, meşə yanğınları ilə bağlı vəziyyət yaxın vaxtlarda pisləşə bilər. Çünki bölgədə quru hava şəraiti proqnozlaşdırılır.