Nazirlərin hökumətin iclaslarından sonra mətbuat konfransı keçirmə qaydası açıqlanıb


Siyasət 11 Okt 2017 10:09:25 66 0

Nazirlərin hökumətin iclaslarından sonra mətbuat konfransı keçirmə qaydası açıqlanıb

Nazirlər Kabinetinin iclası açıq keçirilir

Nazirlər Kabinetinin iclasında baxılacaq məsələlər və materiallar haqqında kütləvi informasiya vasitələrinin məlumatlandırılması, iclas başa çatdıqda Nazirlər Kabineti üzvlərinin iclaslarda baxılmış məsələlərə dair mətbuat konfransının (brifinqin) təşkili, vətəndaşların iclasda baxılmış məsələlər və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında kütləvi informasiya vasitələri ilə məlumatlandırılması Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin ediləcək.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda əksini tapıb.

İş qaydasına əsasən, Nazirlər Kabinetinin iclası açıq keçirilir.

Nazirlər Kabinetinin iclasına sədrlik edənin təşəbbüsü ilə Nazirlər Kabinetinin iclası qapalı da keçirilə bilər. Qapalı iclas keçirilərkən (ayrı-ayrı məsələlər qapalı müzakirə olunarkən) materialların hazırlanması, iclaslara buraxılış, stenoqraflama, protokolların və qəbul edilən aktların tərtibi məxfi sənədlərlə müəyyən olunmuş iş qaydalarına və məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir.

Nazirlər Kabinetinin iclasında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və fotoçəkilişlərin, habelə səsyazmanın aparılması qaydası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunur.

Nazirlər Kabinetinin iclasının stenoqrafik, audio və videoyazılışı Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin edilir. Qapalı iclasın (qapalı müzakirənin) audio və videoyazılışı aparılmır.

İclasda iştirak edən şəxslərin iclasa video və fotoaparatlar, səsyazma qurğuları, habelə rabitə vasitələri gətirməsinə icazə verilmir.

Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib like
  • 11 Okt 10:07  
Digərləri Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn avtomobi

arrow Ətraflı
Prosineçki Azərbaycanla bağlı qərarını açıqladı like
  • 11 Okt 10:03  
İdman Prosineçki Azərbaycanla bağlı qərarını açıqladı

Robert Prosineçki futbol üzrə Azərbaycan millisindən getm

arrow Ətraflı
Bakıda qəza törədən sürücü maşından düşüb qaçdı like
  • 11 Okt 10:03  
Digərləri Bakıda qəza törədən sürücü maşından düşüb qaçdı

Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən q

arrow Ətraflı
Nərgizin maşınına hücum etdilər  4 minlik ziyan  FOTO like
  • 11 Okt 10:00  
Kriminal Nərgizin maşınına hücum etdilər 4 minlik ziyan FOTO

ATV-də yayımlanan "Laləli saray" serialının əsas qəhrəmanları

arrow Ətraflı
Üç xarici şirkətin Azərbaycanda filialı ləğv olundu like
  • 11 Okt 09:58  
Digərləri Üç xarici şirkətin Azərbaycanda filialı ləğv olundu

"Euro Architects and Engineers European Economic İnterest Grouping"

arrow Ətraflı
Bakıda yağışdan sonra "göl"lər olmayacaq like
  • 11 Okt 09:56  
Digərləri Bakıda yağışdan sonra "göl"lər olmayacaq

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseyno

arrow Ətraflı
Qızıl 4 dollara yaxın ucuzlaşdı like
  • 11 Okt 09:54  
Dünya Qızıl 4 dollara yaxın ucuzlaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,31% - 22 830,68 bəndədək, S&P 500

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 11 Okt 09:53  
Digərləri Manatın MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, oktyabrın 11-ə olan rəs

arrow Ətraflı
Meri güllələdilər  Meksikada like
  • 11 Okt 09:51  
Dünya Meri güllələdilər Meksikada

Meksikanın Puebla ştatının Uitsilan-de-Serdan bələdiyyəsi administrasiyas

arrow Ətraflı
Azərbaycan BVF və Dünya Bankı Qrupunun İllik Toplantısında iştirak edəcək like
  • 11 Okt 09:49  
Digərləri Azərbaycan BVF və Dünya Bankı Qrupunun İllik Toplantısında iştirak edəcək

11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta

arrow Ətraflı