Şamaxıda istirahət və sağlamlıq mərkəzində yanğın


Digərləri 11 Okt 2017 09:42:00 333 0

Şamaxıda istirahət və sağlamlıq mərkəzində yanğın

Şamaxı rayonunda istirahət və sağlamlıq mərkəzində yanğın olub.

Son.az FHN-ə istinadən xəbər verir ki, istirahət və sağlamlıq mərkəzinin ərazisində olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 700 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.