UNEC-də e-pulların perspektivləri müzakirə olunub (FOTO)


Digərləri 11 Okt 2017 09:46:00 75 0

UNEC-də e-pulların perspektivləri müzakirə olunub (FOTO)

UNEC-də “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Bakı. UNEC-də “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, UNEC Tədqiqat Fondunun təşkil etdiyi elmi seminarda fondun prezidenti Fərhad Əmirbəyov elektron iqtisadiyyatın idarəetmə, biznes və sosial sahələrin, eləcə də cəmiyyətin inkişafı üçün yeni təməl olduğunu bildirib. O, qlobal dünyada iqtisadiyyatın əsas trendlərindən sayılan e-maliyyənin iqtisadi inkişafın dinamikasında, məhsuldarlığın artırılmasında, yeni bazar və sənaye sahələrinin yaranmasında, davamlı inkişafın təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti, “Bəşəriyyət” Beynəlxalq Fondunun prezidenti, hüquq elmləri doktoru Ruslan Makarov “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, e-pul anlayışı, onun funksiyası, dünyada yayılması barədə geniş məlumat verib. R.Makarov alternativ valyuta növlərindən bəhs edərək, kriptovalyuta və e-pul vahidlərinin yaradılması, istifadəsi və digər müsbət xüsusiyyətləri barədə ətraflı məlumat verib. Regional e-pulun yaradılmasının məqsəd və vəzifələrindən danışan R.Makarov onların müxtəlif şəhərlərdə tətbiqinin qısa müddətdə güclü iqtsadi inkişafa nail olunduğu haqqında nümunələr göstərib. O, eyni zamanda, e-pulların müxtəlif dövlətlərdə tətbiqinin müsbət nəticələrindən bəhs edib. UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, iqtisadiyyat tamamilə başqa bir xarakter almağa başlayıb və bu cür iqtisadiyyat xidmətin yeni növlərinin tətbiqini tələb edir. Elektorn pulların xüsusiyyətlərindən danışan rektor onun tətbiqinin nəticələrinin araşdırılmasının vacib olduğunu qeyd edib. O deyib ki, elektron pulların faydası haqqında dünyada əsasən bank və kompüter mütəxəssisləri danışsa da Azərbaycanda bu təşəbbüsü UNEC alimləri ələ almalı və e-pulun əhəmiyyətini əsaslandıran təkliflər hazırlamalıdırlar. Ehtiyac yaranarsa, e-pul məsələsində UNEC ekspertləri hökümətə müvafiq məsləhətlər verə bilərlər” – deyə Ə.Muradov vurğulayıb. Rektor ilk adım olaraq “UNEC ekspert” jurnalının növbəti sayının elektron pullara və kriptoavalyutalara həsr ediləcəyini, Azərbaycanda e-pulların tətbiqinin fayda və perspektivləri, həmçinin təhlükəli tərəflərinin təhlil ediləcəyini bildirib. Elmi seminar müzakirələrlə davam edib.
“Barbi”yə bənzəmək üçün cinsiyyətini dəyişdi – FOTO like
  • 11 Okt 09:45  
Digərləri “Barbi”yə bənzəmək üçün cinsiyyətini dəyişdi – FOTO

"Barbi" gəlinciklərinə olan sevgisindən Jason Torres adlı gənc

arrow Ətraflı
Oktyabrın 11-də xarici valyutaların manata qarşı məzənnələri like
  • 11 Okt 09:44  
Digərləri Oktyabrın 11-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 11 oktyabr tarixinə valyuta məzənnələrini aç

arrow Ətraflı
Şamaxıda istirahət və sağlamlıq mərkəzində yanğın like
  • 11 Okt 09:42  
Digərləri Şamaxıda istirahət və sağlamlıq mərkəzində yanğın

Şamaxı rayonunda istirahət və sağlamlıq mərkəzində yanğın olub.

arrow Ətraflı
Ermənilər iriçaplı pulemyotlarla mövqelərimizi atəşə tutdu like
  • 11 Okt 09:41  
Digərləri Ermənilər iriçaplı pulemyotlarla mövqelərimizi atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Səfir Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim edib (FOTO) like
  • 11 Okt 09:39  
Digərləri Səfir Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim edib (FOTO)

Səfir Elman Abdullayev etimadnaməsini Ruanda Respublikasının Prezidentinə t

arrow Ətraflı
Azərbaycanın maliyyə naziri ABŞ-da səfərdədir like
  • 11 Okt 09:38  
İqtisadiyyat Azərbaycanın maliyyə naziri ABŞ-da səfərdədir

Nazir Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun İ

arrow Ətraflı
Faiq Ağayevin aparıcı ilə səmimi görüntüləri yayıldı  FOTO like
  • 11 Okt 09:36  
Digərləri Faiq Ağayevin aparıcı ilə səmimi görüntüləri yayıldı FOTO

Xalq artisti Faiq Ağayevin tanınmış aparıcı ilə fotoları yayılıb. 

arrow Ətraflı
Ermənilər cəbhədə atəşkəsi 116 dəfə pozub like
  • 11 Okt 09:36  
Digərləri Ermənilər cəbhədə atəşkəsi 116 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 58 dolları keçib like
  • 11 Okt 09:32  
İqtisadiyyat Azərbaycan neftinin qiyməti 58 dolları keçib

"Azeri LT CIF" markalı neftin qiyməti 58,11 dollar/barelə bərabər olub

arrow Ətraflı
Azərbaycan səfiri etimadnaməsini Ruanda prezidentinə təqdim edib like
  • 11 Okt 09:31  
Siyasət Azərbaycan səfiri etimadnaməsini Ruanda prezidentinə təqdim edib

Pol Kaqame: "Azərbaycanla humanitar, nəqliyyat və kommunikasiya sahələrind

arrow Ətraflı