Azərbaycan səfiri etimadnaməsini Ruanda prezidentinə təqdim edib


Siyasət 11 Okt 2017 09:31:09 344 0

Azərbaycan səfiri etimadnaməsini Ruanda prezidentinə təqdim edib

Pol Kaqame: "Azərbaycanla humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməkdə maraqlıyıq"

Azərbaycanın Efiopiya və Ruandadakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda prezidenti Pol Kaqameyə təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir E.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Pol Kaqameyə çatdıraraq, Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycanın bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

P.Kaqame Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və ehtiramının çatdırılmasını xahiş edərək, Ruandanın rəsmi Bakı ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. P.Kaqame Azərbaycanın sürətli inkişafının ona yüksək təəssürat bəxş etdiyini vurğulayıb.

P.Kaqame səfir E.Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.