Azərbaycan neftinin qiyməti 58 dolları keçib


İqtisadiyyat 11 Okt 2017 09:32:00 275 0

Azərbaycan neftinin qiyməti 58 dolları keçib

"Azeri LT CIF" markalı neftin qiyməti 58,11 dollar/barelə bərabər olub

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,12 dollar və yaxud 1,97% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 58,11 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.