Xalq artisti əvvəl ağlayaraq vidalaşdı, amma...


Şou-biznes 11 Okt 2017 09:28:00 330 0

Xalq artisti əvvəl ağlayaraq vidalaşdı, amma...

Əməkdar artist Murad Dadaşovun təqdim etdiyi "Maşın" realiti-şounun ikinci günü baş tutub.

Son.az musavat.com-a istinadən xəbər verir ki, səs verməyə çıxarılan, lakin qayda pozaraq əlini maşından çəkən Nazim Pişyari oyundan uzaqlaşdırılıb. Daha sonra iştirakçılar yenidən səsvermə ediblər. Nəticəyə görə xalq artisti Arif Quliyev səsverməyə çıxarılıb.

O, öncə heç kimi oyundan çıxarmayacağını desə də, sonra fikrini dəyişib və meyxanaçı Vüqarı oyundan uzaqlaşdıracağını deyib. Proqramın sonunda o, qalib gələrsə, maşın üçün mübarizə aparmayacağını deyib. Səsvermə nəticəsinə görə, Arif Quliyev 58.64 faiz səs toplayıb və oyunda qalmağa haqq qazanıb. O, meyxanaçı Vüqarı oyundan çıxarmayıb. Kövrələn xalq artisti göz yaşlarını saxlaya bilməyib. O, özünün oyundan getmək istədiyini bildirsə də, digər iştirakçıların istəyi ilə şouda qalıb.


Xəbərə aid foto