Bakıda qadın jurnalist avtomobili ilə xanım həkimi vurdu FOTO


Digərləri 11 Okt 2017 09:15:50 273 0

Bakıda qadın jurnalist avtomobili ilə xanım həkimi vurdu  FOTO

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, Xasməmmədova Elvina Vidadi qızı Buzovna qəsəbəsinin Naxçivanski küçəsində idarə etdiyi "Hummer" markalı avtomobillə yolu keçmək istəyən 49 yaşlı Məmmədzadə Gülnarə Siyavuş qızını vurub.

Zərbənin təsirindən G.Məmmədzadə ağır xəsarətlər alıb. O, sürücünün çağırdığı "təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirib.

Hadisə yerində olan polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib.


Xəbərə aid fotolar