Xaçmaz sakini 3 kqdan çox narkotiklə saxlanıldı


Digərləri 11 Okt 2017 09:07:00 330 0

Xaçmaz sakini 3 kqdan çox narkotiklə saxlanıldı

Saatlıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Saatlı şəhərində qeydə alınıb. Belə ki, rayon polisinin keçirdiyi əməliyyat tədbirləri zamanı Xaçmaz rayon sakini, 54 yaşlı Orucağa Nürəddin oğlu Mirzalıyev şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı 3 kiloqramdan çox narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı məlum olub ki, o, narkotik vasitəni Gəncədən istintaqa hələlik məlum olmayan mənbədən əldə edib və satmaq məqsədilə Saatlıya gətirib. Saxlanılan şəxsin əvvələr də dəfələrlə məhkumluq həyatı yaşadğı bildirilir. Faktla bağlı araşdırma aparılır.