Bakı-Quba yolunda yük maşını aşıb, sürücü ölüb


Sosial 11 Okt 2017 08:46:43 357 0

Bakı-Quba yolunda yük maşını aşıb, sürücü ölüb

“Shacman“ yolda idarəetməni itirərək dəmir çəpərə çırpılıb

Bakı-Quba yolunun 32-ci kilometrliyində “Shacman“ markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb.

“Report” FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumunBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.