BakıQuba yolunda qəza ölümlə nəticələndi


Digərləri 11 Okt 2017 08:49:00 300 0

BakıQuba yolunda qəza ölümlə nəticələndi

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 32-ci kilometrliyində "Shacman" markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb.

Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.