"Sədərək"də dükandan pul oğurlayan şəxs kameraya düşüb VİDEO


Kriminal 11 Okt 2017 08:15:00 401 0

"Sədərək"də dükandan pul oğurlayan şəxs kameraya düşüb  VİDEO

Oğurluq edən şəxs pulları götürdükdən sonra pul kisəsini yerinə gətirib qoyub

"Sədərək" ticarət mərkəzində yerləşən dükanlardan birində oğurluq hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, insident ticarət mərkəzindəki qab-qacaq satılan mağazada qeydə alınıb.

Dükan sahibi nəzarət kameralarının köməkliyi ilə müəyyən edib ki, satılan əşyaların qiyməti ilə maraqlanan naməlum daimi müştərilərdən biri satıcının bayıra çıxmasından istifadə edərək içərisində xeyli miqdarda vəsait olan pul kisəsini götürüb. Mağazanı tərk edən naməlum şəxs bir neçə dəqiqədən sonra yenidən dükana qayıdıb və götürdüyü pul kisəsini yerinə qoyub.

Hadisə barədə zərəçəkən iş vaxtı başa çatandan sonra xəbər tutub.