"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır"


Digərləri 11 Okt 2017 08:17:00 365 0

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır"

Bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malikdir və etibarlı bir tərəfdaşdır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycanın apardığı siyasət mehriban qonşuluğa, maraqlara qarşılıqlı sürətdə hörmət edilməsinə əsaslanır: "Ona görə də Azərbaycanın beynəlxalq nüfuzu getdikcə daha da artır və ölkəmiz etibarlı bir tərəfdaşa çevrilib".