Meksikada türmədə qiyam zamanı ən azı 13 nəfər ölüb


Digərləri 11 Okt 2017 07:30:16 343 0

Meksikada türmədə qiyam zamanı ən azı 13 nəfər ölüb

Meksikanın Kadereyta şəhərindəki türmədə baş verən qiyam zamanı azı 13 nəfər ölüb.

Bakı. Meksikanın Kadereyta şəhərindəki türmədə baş verən qiyam zamanı azı 13 nəfər ölüb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, daha 8 məhbusun vəziyyəti ağırdır. Daha öncə bir nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, qiyam edən məhbuslar 3 mühafizəçini tutublar və uzun bir müddət ərzində onların azadlığa buraxılması barədə danışıqlar aparıblar, lakin bu nəticəsiz olub. Polis məhbuslara qarşı güc tətbiq etmək qərarına gəlib.