"Alt paltarı almağa pulum yox idi" FOTO


Digərləri 11 Okt 2017 07:28:00 593 0

"Alt paltarı almağa pulum yox idi"  FOTO

"Gözəl alt paltarları qadınlara özünü seksual və özünə inamlı hiss etdirir. Özü də onlar çox bahalı olmamalıdır. Rusiyanın kiçik qəsəbəsində doğulmuşam, nəinki seksual alt paltarları almağa, başqa geyimlərə xərcləməyə pulumuz yox idi. Şəxsən mən alt paltarına sərvət ödəmək istəmirəm".

Son.az xəbər verir ki, bu sözləri İrina Şeyk Türkiyə mətbuatına verdiyi müsahibədə deyib.

- Qızınız Lea dünyaya gəldikdən çox qısa müddət sonra karyeranıza qayıtdınız. Moda həftələri və reklam çəkilişləri üçün darıxmışdınız?

- Oğlaq bürcüyəm və işləməyi çox sevirəm. Həmişə özümü inkişaf etdirmək istəyirəm. Reklamdan uzaq qaldığım demək olmaz ki, onsuz da çalışırdım. Lakin indi karyerama fasilə vermək üçün doğru zaman deyil. Səyahətlər, çəkilişlər mənim həyatımdır, işimi sevirəm.

- Keçən il hamiləliyinizi "Victoria Secret"in dəfiləsində elan etdiniz. Bu şoudan sonra ilk dəfə Nyu-york Moda Həftəsində çıxdınız. Uzun aylar dəfiləyə çıxmamaq necə hissdir?

- Moda nümayişlərinə çıxmağa çox gec yaşda başladım, haradasa 21 yaşında. İndiki qızlar 14-15 yaşında podiuma çıxmağa başlayırlar. Odur ki, dəfilələr mənə çox zövq verir. Bu ilki moda həftələrində yalnız bir neçə dəfiləyə çıxdım. Bu, məni çox xoşbəxt etdi. Ailəmlə görüşdüm sanki.

- Sizi "Intimissimi" alt paltarı markası kəşf edib. Bu firma ilə 10 ildən çoxdur ki, əməkdaşlıq edirsiniz. Sıxılmamasınız ki?

- Onlar məni 2007-ci ildə Moskvada çalışarkən kəşf etdilər. 10 il keçib və hələ də buradayam. Əsl rus qadınıyam, məndən qurtula bilməzsiniz! Hər qadının gözəl olduğuna inanan möhtəşəm insanlarla çalışıram.

Gözəl alt paltarları qadınlara özünü seksual və özünə inamlı hiss etdirir. Özü də çox bahalı olmamalıdır. Rusiyanın kiçik bir qəsəbəsində doğulmuşam, nəinki seksual alt paltarları almağa, başqa geyimlərə xərcləməyə pulumuz yox idi. Şəxsən mən alt paltarına sərvət ödəmək istəmirəm.

- Doğuşdan qısa müddət sonra qüsursuz bədən ölçülərinizə yenidən qayıda bildiniz. Bunu necə bacardınız?


Xəbərə aid fotolar