Messinin het-triki Argentinanı dünya çempionatına çıxarıb


Digərləri 11 Okt 2017 05:48:14 147 0

Messinin het-triki Argentinanı dünya çempionatına çıxarıb

Çili yığması mundialdan kənarda qalıb

Futbol üzrə Argentina yığması Rusiyada keçirilən 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb.

“Report” xəbər verir ki, Cənubi Amerika üzrə təsnifat mərhələsinin 18-ci turu çərçivəsində keçirilən həlledici oyunda argentinalılar səfərdə Ekvador üzərində 3:1 hesablı inamlı qələbə qazanıblar.

Argentinan heyətində Lionel Messi het-triklə yadda qalıb, Ekvadorun yeganə qolunu Romario İbarra vurub.