İnək südünün alternativi


Digərləri 11 Okt 2017 05:30:00 403 0

İnək südünün alternativi

Asiya və Afrikanın qədim bitkisi olan küncütü indi Hindistan, Çin, Birma, Pakistan, Koreya, Yaponiya, Əfqanıstan və Meksikada da əkib-becərirlər. Postsovet ölkələrindən Özbəkistan, Türkmənistan və Tacikistanda da çoxlu küncüt əkirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəmyə şəraitdə onun məhsuldarlığı hər hektardan 10-12, suvarılan yerlərdə isə 18-20 sentnerdir.

Yunan tarixçisi Ksenofont döyüşçülərin özlərini qorumaq üçün bədənlərinə küncüt yağı sürtdüyünü yazırdı.

Küncütün uzun yarpaq saplaqları olur, çiçəkləri bir növ zınqırovu xatırladır, öz-özünə tozlanan bitkidir. Meyvəsi 4 və 8 üzlü qutudan ibarətdir, hər bitkidə 100-150 qutu olur. Yetişəndə qutu aralanır və hər qutuda 70-80 toxum olur. Xırda toxumlar yastı, ağ, boz, qonur və qara rəngli olur. Min ədədinin kütləsi 3-5 qram arasında dəyişir.

Yüngül mexaniki tərkibli münbit torpaqlarda bitki yaxşı inkişaf edir. Tərkibindəki yağın miqdarına görə bitkilər arasında birinci yeri tutur. Toxumlarında 50-65 faizə qədər yağ, 16-18 faiz zülal və 18 faiz karbohidratlar var. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlardan biri hesab edilir, qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir. Rəngi sarı və iysizdir. Ondan konserv və qənnadı məmulatlarının hazırlanmasında, tibdə, sabun istehsalında və digər sahələrdə istifadə edilir.