Türkiyədə yol qəzası: 21 nəfər xəsarət alıb


Digərləri 11 Okt 2017 02:21:08 317 0

Türkiyədə yol qəzası: 21 nəfər xəsarət alıb

Türkiyənin Ağrı vilayətində mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

Bakı. Türkiyənin Ağrı vilayətində mikroavtobusun iştirakı ilə yol qəzası baş verib. Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 21 nəfər xəsarət alıb. Qeyd olunur ki, sürücü idarəetməni itirdikdən sonra, mikroavtobus maneə ilə toqquşub və aşıb. Yaralanlar xəstəxanalara çatdırılıb, onlara yardım göstərilib. Onların vəziyyəti normal kimi qiymətləndirilir.