Boşanmadığını bu şəkillə sübut etdi


Digərləri 11 Okt 2017 00:45:00 439 0

Boşanmadığını bu şəkillə sübut etdi

Çoxdandır efirlərdə görünməyən aparıcı Anfisa Çexova barəsində gəzən xəbərlərə açıqlama gətirib.

Son.az axşam.az-a istinadən bildirir ki, yay boyu aparıcının aktyor əri Quram Babliaşvili, oğlu Solomon ilə şəkil paylaşmaması və ərinin Gürcüstana getməsi cütlüyün boşanması barədə xəbərlərin yayılmasına səbəb olub.

İnstaqram səhifəsində həyat yoldaşı və oğlu ilə çəkdirmiş yeni fotosunu yerləşdirən Anfisa yayılan şaiyələrə son qoyub. O, ərindən boşanmadığını, sadəcə işləri ilə bağlı özünün xarici ölkələrdə, Quramın isə Gürcüstanda olduğunu qeyd edib.


Xəbərə aid fotolar