Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin


Digərləri 11 Okt 2017 00:01:00 385 0

Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxın ətrafınızdakı insanların gizlətməyə və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın. Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə qalmaqal qaçılmaz olacaq. Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək. Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə etməyin. Axşam saatlarında dostlarla görüşə bilərsiniz.

Buğa - uğurlu zamandır. İntuisiyanız güclü olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz. Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri həll edə bilərsiniz. Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.

Əkizlər - gün qarşınızda çətin məsələlər qoyur. Bu problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İntellektual səviyyəniz yüksəkdir. Yaddaşınız sizi aldatmayacaq. Diqqətə layiq məsələləri unutmayın, qulaqardına vurmayın. Bilik və təcrübə əldə edilməsində aktiv olun. Problemlərin həllinə yaradıcı yanaşın. Qarşınızda geniş imkanlar yaranır.  Yeni tərəfdaş və ya müttəfiq qazana bilərsiniz.

Xərçəng - mahiyyət etibarilə pis deyil və saatlarınızı xoş keçirə bilərsiniz. Qarşınıza çətin, əldə edilməsi məşəqqətli hədəflər qoymayın. Cari işlərlə, situativ zərurətlərlə kifayətlənin. Gərəkli istiqamətdə addım-addım irəliləyin. Bu gün sizə yardım edəcək insanlar hələ uzun müddət yardımçı və müttəfiqiniz kimi qalacaq.  İntuisiyanız yüksək səviyyədə olacaq. Ondan yararlanın. Əlverişli məqamdan istifadə edərək maraqlı tanışlığa nail ola bilərsiniz.

Şir - gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər. Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.

Qız - bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin.  Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər.  Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.

Tərəzi - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin.  Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın. Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın. Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardına vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.