Bərdədə 21 yaşlı gənc itkin düşüb FOTO


Digərləri 10 Okt 2017 23:56:00 404 0

Bərdədə 21 yaşlı gənc itkin düşüb  FOTO

Bərdədə 21 yaşlı gənc itkin düşüb.

Son.az APA-ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi xəbərə görə, İmişli rayon Bəcrəvan kəndində qeydiyatda olan, lakin Bərdə rayon Gərənə kəndində yaşayan Əfkərov Vəzir Mübariz oğlu işlədiyi plastik qapı-pəncərə sexindən çıxıb və geri dönməyib. İtkin düşən gün onun üstundə şəxsiyyətini təsdiq edən hər hansı sənəd  olmadığı və cibində  260 manat pul olduğu bildirilir. Ailə üzvləri V.Əfkərovun itkin düşməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə  müraciət edib.

V.Əfkərov barəsində məlumatı olanlardan 050 391 30 29 nömrəsinə zəng etmələri xahiş olunur.


Xəbərə aid fotolar