Hansı ayda hansı meyvə və tərəvəz yeyilməlidir?


Digərləri 10 Okt 2017 23:45:00 340 0

Hansı ayda hansı meyvə və tərəvəz yeyilməlidir?

Meyvə və tərəvəzləri mövsümündə istehlak etməyin əhəmiyyətini vurğulayan mütəxəssislər, öz iqlimində və vaxtında yetişən məhsulların ən təbii və sağlam məhsullar olduğunu bildirir.

Son.az deyerler.org-a istinadən bildirir ki, uyğun istilik və ətraf mühit şəraitində yetişdirilən tərəvəz və meyvələrə üstünlük verilməlidir deyən mütəxəssislər, süni şəraitdə yetişdirilən məhsulların mövsümündə yetişən məhsullarla eyni qida dəyərində olmadığını bildirdilər.   Aprel ayı yerkökü, yaşıl noxud, təzə sarımsaq kimi tərəvəzlərin istehlak edilməsinin tam zamanıdır.   May ayında çiyələk, badımcan, pomidor, buğda, soğan, alça, əməköməci kimi məhsullar, iyun ayında isə, təzə kartof, kahı, təzə lobya, dolmalıq istiot, razyana istifadə etmək məsləhət görülür. İyul və avqust aylarında isə gilas, albalı, qarpız, ərik, təzə sarımsaq, qarğıdalı, yemiş, gavalı, üzüm, tut kimi meyvələrin istehlak edilməsi lazımdır.