Qüsl necə alınır və onu pozan amillər hansılardır?


Digərləri 10 Okt 2017 23:50:00 107 0

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Qüsl alıb pak olmaq Allahın əmrlərindən biridir, qüslu pozulmuş şəxs mümkün qədər tez qüsl almağa çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz." (əl-Maidə, 6). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır". (Əbu Davud, 4182). Son.az zikr.az-a istinadən bildirir ki, Allah dərgahında qəbul olunan qüsl iki növdür: Vacib qüsl. "Bismilləəh" deyib ağız və burunu yaxalamaq, başı və bütün bədəni su ilə yumaq. Bununla da insan boynunda olan vacibi ödəmiş hesab olunur. Kamil qüsl. Kamil qüsl almaq üçün "bismilləəh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Möminlərin anası xanım Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu". (Muslim, 716). Qüsl alarkən dillə niyyət deyilmir. Sadəcə qəlbində adi çimmək yox, qüsl almaq məqsədinin olması kifayətdir. Qüslu pozan amillər isə ümumilikdə kişi və qadınlarda cənabət (cinsi əlaqədən sonra və ya əlaqə olmadan şəhvətlə spermanın çıxması), yuxuda qeyri-iradi olaraq məninin (spermanın) çıxması, yalnız qadınlarda isə "heyz" (aybaşı) və "nifas" (doğuşdan sonra ən çoxu 40 gün davam edən qanaxma) hallarıdır. Xəstələnmək qorxusu olan və ya su tapmayanlar çətinlik aradan qalxana qədər qüsl əvəzinə təyəmmüm edə bilərlər. Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Hansı ayda hansı meyvə və tərəvəz yeyilməlidir? like
  • 10 Okt 23:45  
Digərləri Hansı ayda hansı meyvə və tərəvəz yeyilməlidir?

Meyvə və tərəvəzləri mövsümündə istehlak etməyin əhəmiyyətini vur

arrow Ətraflı
İmam Zaman ağanın qeybi nəyin nəticəsidir? like
  • 10 Okt 23:40  
Digərləri İmam Zaman ağanın qeybi nəyin nəticəsidir?

Tarixin üç hadisəsi olan Bəni-Səqifə, Kərbəla və İmam Zaman ağanın (

arrow Ətraflı
Qripə yoluxmaq istəmirsinizsə, bu meyvədən çox yeyin like
  • 10 Okt 23:35  
Digərləri Qripə yoluxmaq istəmirsinizsə, bu meyvədən çox yeyin

Soyuq ayların gəlməsi ilə bəzi meyvələrin də mövsümü başlayır. Xüs

arrow Ətraflı
Azərbaycan neftinin like
  • 10 Okt 23:34  
Digərləri Azərbaycan neftinin

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Depressiyanın çarəsi tapıldı like
  • 10 Okt 23:33  
Digərləri Depressiyanın çarəsi tapıldı

Həftədə bir saat idmanla məşğul olmaq depressiya ehtimalını əhəmiyyət

arrow Ətraflı
Xızıda 235 ədəd partlamamış hərbi sursat aşkar edilib like
  • 10 Okt 23:32  
Sosial Xızıda 235 ədəd partlamamış hərbi sursat aşkar edilib

Nəticə etibarilə 931 000 kv.m (93.10 ha) ərazi yoxlanılıb

arrow Ətraflı
Populyar teleaparıcı xanım: Yaş ikinci dərəcəlidir  FOTO like
  • 10 Okt 23:30  
Digərləri Populyar teleaparıcı xanım: Yaş ikinci dərəcəlidir FOTO

ABŞ-ın ən populyar teleaparıcılarından biri, aktrisa Bruk Liza Berk-Çarve

arrow Ətraflı
“Böyük Ermənistanı necə inkar etmək olar?” like
  • 10 Okt 23:27  
Digərləri “Böyük Ermənistanı necə inkar etmək olar?”

Orta məktəblərin 10-cu sinifləri üçün yazılmış rusca "Ümumi tari

arrow Ətraflı
Depressiyanın çarəsi tapıldı - ÇOX ASAN like
  • 10 Okt 23:25  
Digərləri Depressiyanın çarəsi tapıldı - ÇOX ASAN

Həftədə bir saat idmanla məşğul olmaq depressiya ehtimalını əhəmiyyət

arrow Ətraflı
Halsızlıq və yorğunluq DƏHŞƏTLİ xəstəlikdən xəbər verə bilər like
  • 10 Okt 23:25  
Digərləri Halsızlıq və yorğunluq DƏHŞƏTLİ xəstəlikdən xəbər verə bilər

Qan xərçəngi qanın bədxassəli şişləri olub, Leykemiyalar və Limfomalar

arrow Ətraflı
İmam Səccadın (ə) xəstəliyi nə qədər çəkmişdir? like
  • 10 Okt 23:20  
Digərləri İmam Səccadın (ə) xəstəliyi nə qədər çəkmişdir?

Hədislərin bir çoxuna görə İmam Səccadın (ə) xəstəliyi ancaq Aşura g

arrow Ətraflı
Böyrəklərin təmizlənməsinə ehtiyac like
  • 10 Okt 23:17  
Digərləri Böyrəklərin təmizlənməsinə ehtiyac

Orqanizmin normal fəaliyyəti üçün böyrəklərin sağlam olması vacib şə

arrow Ətraflı
Aşura qatillərinin aqibəti like
  • 10 Okt 23:15  
Digərləri Aşura qatillərinin aqibəti

Tarixdən məlumdur ki, Aşura faciəsi zamanı İmamın və səhabələrinin q

arrow Ətraflı
Ən məşhur çimərliklərdən birində siqaret yasaqlandı like
  • 10 Okt 23:14  
Digərləri Ən məşhur çimərliklərdən birində siqaret yasaqlandı

Tailand hökuməti 20 turistik çimərlik bölgəsində siqaret çəkilməsini q

arrow Ətraflı