Halsızlıq və yorğunluq DƏHŞƏTLİ xəstəlikdən xəbər verə bilər


Digərləri 10 Okt 2017 23:25:00 583 0

Halsızlıq və yorğunluq DƏHŞƏTLİ xəstəlikdən xəbər verə bilər

Qan xərçəngi qanın bədxassəli şişləri olub, Leykemiyalar və Limfomalar qrupuna bölünür.

Son.az medicina.az-a istinadən bildirir ki, leykemia - sümük iliyində  kötük hüceyrələrin (blast) müxtəlif  faktorların təsiri altında inkişafının müəyyən mərhələsində dayanması və nəzarətsiz çoxalmasıdır.

Leykemiyalar kəskin (yəni birdən başlayıb, çox sürətlə irəliləyən) və xroniki (yavaş irəliləyən) olmaqla 2 qrupa bölünür.  Kəskin Leykemiyalar da özləri də  əmələ gəldiyi hüceyrədən asılı olaraq Kəskin Limfoblast Leykemiyalar (ALL) və Kəskin Mieloblastik Leykemilar (AML)  olmaqla 2növə ayrılır.

Həmçinin xroniki Leykemiyalar da 2 yerə bölünür.

1.Xroniki Limfoblastik Leykemiyalar  ( XLL) 2.Xroniki Mieloblastik Leykemiyalar ( XML)

Medicina.az-ın suallarını cavablandıran hematoloq Ələmdar Cəfərov leykemiyaların  yaranma səbəblərindən danışıb: "Radiasiya, benzin və formaldehit kimi sənaye məhsulları, kimya terapiyada istifadə olunan  maddələrin qəbulu, genetik faktorlar və bəzi genetik xəstəliklər  (məsələn - Down sindromu), virus xəstəlikləri əsas faktorlar olar bilər".

Həkimin sözlərinə görə, planşet və mobil telefonlardan uzun müddət dayanmadan istifadə olunması, ekoloji olaraq  çirklənmiş  mühit, qida maddələrindəki kimyəvi qatqılar da xəstəliyi tətikləyə bilər.

Son zamanlar alimlərin apardığı araşdırmalara görə, bəzi vitaminlərin çatışmazlığı risk amili daşıyır. Vitaminlərin xəstəliyin müalicəsində də böyük əhəmiyyəti var (məsələn - Kəskin Promielositar leykozda vitamin A - ALL- trans retinoy acid ( ATRA PREPARATI)).

Hematoloq xəstəliyin ilkin əlamətləri barədə də geniş məlumat verib.

"Tez yorulma, halsızlıq, sümük ağrıları, uzunmüddətli qızdırma, infeksiyalar, dəridə yaranan kiçik səpkilər (petexiyalar), qoltuqaltında limfa düyünlərin, dalağın böyüməsi, xəstəliyin ilkin əlamətləri hesab edilir", - deyə Cəfərov bildirib.

Xəstəliyin müalicəsində erkən diaqnozun əhəmiyyətini vurğulayan həkim gərək duyulan analizlərdən bəhs edib: "Qanın ümumi analizi, sümük iliyinin aspirasiyası və biopsiyası, Siyogenetik və immunofentipləməyə (Flow sitometry) dəqiq müayinə zamanı vacibdir".