Depressiyanın çarəsi tapıldı - ÇOX ASAN


Digərləri 10 Okt 2017 23:25:08 285 0

Depressiyanın çarəsi tapıldı - ÇOX ASAN

Həftədə bir saat idmanla məşğul olmaq depressiya ehtimalını əhəmiyyətli dərəcədə azaldır və insanları ruh düşkünlüyündən xilas edir.

Bakı. Həftədə bir saat idmanla məşğul olmaq depressiya ehtimalını əhəmiyyətli dərəcədə azaldır və insanları ruh düşkünlüyündən xilas edir. Trend-in məlumatına görə, bir qrup avstraliyalı alim bu qənaətə gəlib. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, heç idman hərəkətləri etməyən adamlar həftədə 1-2 saat idmanla məşğul olanlarla müqayisədə 44 faiz daha çox depressiyaya düşür. Xroniki depressiya dünyada ən çox yayılan və ən qəliz psixi pozuntulardan biridir.