Ən məşhur çimərliklərdən birində siqaret yasaqlandı


Digərləri 10 Okt 2017 23:14:00 298 0

Ən məşhur çimərliklərdən birində siqaret yasaqlandı

Tailand hökuməti 20 turistik çimərlik bölgəsində siqaret çəkilməsini qadağan edib. Qadağa noyabr ayından etibarən qüvvəyə minəcək.

Son.az virtualaz.org-a istinadən bildirir ki, qərarın verilməsinə səbəb olaraq, siqaret kötüklərinin ətraf mühitə ziyan vurması göstərilib. Bir müddət əvvəl Phuket adasındakı Patonq çimərliyində aparılan yoxlamalarda bölgənin siqaret kötükləri ilə zibilləndiyi aşkar edilib.

Qeyd olunur ki, qadağa Andaman dənizi və Siam körfəzi sahillərindəki çimərliklərə şamil ediləcək.