Üsyankar yeniyetmələrlə necə davranmalı?


Digərləri 10 Okt 2017 23:05:00 405 0

Üsyankar yeniyetmələrlə necə davranmalı?

11-19 yaş arasında olan dövr uşaqlıqdan yetkinliyə doğru bir keçid olaraq qəbul edilir. İnsanlar inkişafın heç bir dövründə bu qədər qarışıq hisslər keçirmir.

Bu səbəbdən yeniyetməlik dövrünü xaos, yaxud üsyan dövrü olaraq da adlandıra bilərik. 11-19 yaşında olan şəxslər hər zaman döyüşün içərisində olurlar.   Döyüşün məqsədi isə yetkin olmaqdır.

Keçid dövrü hər kəsin ailəsində dava-dalaşlı, problemli keçir. Bu problemlər bəzən uşaqla valideynləri arasındakı ciddi qarşıdurmalara, valideynlə övlad arasında soyuqluğa kimi gətirib çıxarır.

Bəs valideynlər yeniyetməlik dövründə olan uşaqlarıyla necə davranmalıdır?

Son.az medicina.az-a istinadən bildirir ki, psixoloq Vəfa Əkbər fikrincə, yeniyetməlik dövründə insanda  həm bioloji, həm fizioloji həm də psixoloji dəyişikliklər baş verir. Çox zaman bunun cinsəl böyümə ilə əlaqələndirildiyini vurğulayan psixoloqun sözlərinə görə, insan bu vaxtlar mənsub olduğu cinsiyyətin daha qabarıq formasını yaşayır: "Bir sıra dəyişikliklərdən sonra həmin yetkin uşaqların bəzilərində kompleks, özünəqapanma, daxili aqressiya müşahidə olunur. Bəzi uşaqlar isə bu dəyişiklikləri vurğulayaraq  "Mən artıq böyüyəm", "Mənim artıq söz haqqım var" kimi kəlmələr söyləməyə başlayırlar. Yetkin uşaqlar artıq böyüdüklərini, valideyndən aslı olmadıqlarnı sübut etməyə çalışırlar. Bu dövrdə oğlanlar " Mən də atama bənzəməyə çalışıram" , "Mənim də üzümdən tük çıxır", "Mənim də səsim qalınlaşır " söyləməyə başlayırlar. Qız övladlarında isə müəyyən fizioloji proseslər baş verir. Onlar anasına bənzəməyə çalışır , bədən quruluşlarında, üz cizgilərində dəyişikliklər olur. Bu səbəblərdən övladlar özlərini valideynlərdən aşağı görmür. Məsləhət almağa deyil, məsləhət verməyə meylli olurlar.

Bu durumdan sonra isə onlarla dil tapmaq çətinləşir. Bu insanlar özlərini uşaq da saymır, amma onlar gənc də deyillər. Sözügedən şəxslər valideynlərin gözündə həmişə uşaq olduqları üçün müəyyən yerdə danlana da bilərlər. Bəzən valideynlər səhvlərini söyləyə və uşaq bilib qüsurlarnı da onlara deyə bilərlər. Valideynlərin bu iradları isə övladların xoşuna gəlmir".

Psixoloq valideynlərin dəyişikliklik dövründə olan uşaqlarına qarşı son dərəcə həssas yanaşmalı olduqlarını bildirib və bəzi məsləhətlər verib: "Valideynər daha diqqətli, məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, evlərində bir şəxsiyyət yetişir. Bu dövrdə valideynlər övladlarına daha çox vaxt ayırmalı, dinləməlidirlər. Çünki onlar qruplaşmalara daxil olmamalı ,valideynlərlə münasibəti korlanmamalı və özgüvən , özünəinam problemləri yaşamamalıdır".