Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı 13 nəfərə çatıb


Dünya 10 Okt 2017 22:54:43 293 0

Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı 13 nəfərə çatıb

Meşə yanğınları ilə bağlı vəziyyət yaxın vaxtlarda pisləşə bilər

Amerikanın Kaliforniya ştatı ərazisində baş verən meşə yanğınları nəticəsində ən azı 13 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, meşə yanğınları ilə bağlı vəziyyət yaxın vaxtlarda pisləşə bilər. Çünki bölgədə quru hava şəraiti proqnozlaşdırılır.