İslam məzhəbləri ilə tanışlıq:


Digərləri 10 Okt 2017 22:45:00 425 0

İslam məzhəbləri ilə tanışlıq:

Maliki məzhəbinin banisi Əbu Abdullah Malik ibn Ənəs ibn Malik ibn Əbu Amir Əsbəhi (712-795) əslən Yəməndən idi. Babası Yəmən hakiminin zülmündən Mədinəyə köçmüş və Qüreyşə mən¬sub Bəni-Teym qəbiləsi ilə qohum olmuşdu. Malik fiqh elmini məşhur Mədinə fəqihi Rəbiətür-rəydən öyrənmişdi. Rəvayətə görə, nə zaman hədis söyləmək istəsəydi, dəstəmaz alıb ətir vurar, saç-saqqalını darayar, vüqar və əzəmətlə minbərdə oturardı. Tələsik halda, yol gedərkən hədis rəvayət et-məkdən çəkinirdi. Mədinə məscidində və evində hədis və fiqh dərsləri deyirdi. Özü-nün söylədiyinə görə 70 nəfər böyük alimdən icazə aldıqdan sonra müəllimlik fəaliyyətinə başlamışdı.

Son.az islam.az-a istinadən bildirir ki, Malik fiqh dərslərində verilən suallara dəqiq şəkildə və yazılı formada cavab verirdi. Baş verməmiş (məcazi) hadisələr barədə sualları cavablandırmazdı, yalnız real hadisələrin fiqhi həllini verərdi. Cavabını bilmədiyi məsələlər barədə tam qətiyyətlə "bilmirəm" deyirdi. Malik ömrü boyu Mədinə şəhərini tərk etməmişdi. Bu şəhəri çox sevirdi, Həzrət Mühəmməd Peyğəmbərin (s) məzarına ehtiramı üzündən Mədinədə ata minmir, hə¬mişə piyada gəzirdi.

764-cü ildə Malik ibn Ənəsdən Abbasi xəlifəsi Mənsurun əmisi Cəfər ibn Süley-mana şikayət etdilər. Cəfərin əmri ilə alimi Bağdada çağırıb şallaqladılar.

Mədinə Peyğəmbər şəhəri kimi tanındığından, buranın alimləri də hədislərə çox bağlı idilər. Kufə və s. şəhərlərdə fəqihlər öz rəyləri əsasında fətva verirdilərsə, Mədinədə bu, yaxşı qarşılanmırdı. Malik ibn Ənəs öz məzhəbini qurarkən həm hədis əhlinin, həm də rəy əhlinin görüşlərini ümumiləşdirdi və orta yolu tutdu.

Maliki məzhəbində Quran, sünnə və səhabələrin dedikləri ilə yanaşı, Mədinə alimlərinin icması da əsas sayılır. Ümumiyyətlə, maliki məzhəbində şəriət hökmlərinin əsaslandığı ana mənbələr və hökmlərin istinbat (əsaslandırılma) üsulları aşağıdakı ardıcıllıqla sıralanır:

1. Quran.

2. Sünnə (vahid xəbər və mürsəl hədis də höccət sayılmaqla).

3. Səhabə və tabiinin fətvaları.

4. İcma. İmam Malikin nəzərində icma - yalnız Mədinə alimlərinin bir məsələ barədə fikir birliyinə gəlməsidir. Maliki məzhəbinə görə Mədinə alimləri bir məsələ barədə yekdil fikirdədirlərsə, səhv edə bilməzlər.