"Bakıya məxsus olanı Bakıya qaytarmaq lazımdır"


Siyasət 10 Okt 2017 22:31:00 106 0

"Bakıya məxsus olanı Bakıya qaytarmaq lazımdır"

Oktyabrın 9-da fransalı jurnalist-bloger Conatan-Simon Sellem "Mediapart" portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc etdirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, jurnalist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixini, yaranma səbəblərini, habelə onun həlli yollarını araşdırmaq üçün Azərbaycanda səfərdə olub. Məqalənin əhəmiyyəti ondan ibarətdir ki, müəllif fransız oxucuya ya tamamilə naməlum olan, ya da ermənipərəst qüvvələr tərəfindən təhrif edilən, birtərəfli şəkildə işıqlandırılan bir münaqişəyə toxunur. Beləliklə, məqalənin xülasəsini təqdim edirik.

Müəllif yazır ki, Qarabağda Azərbaycan və erməni icmaları əsrlər boyu birgə yaşayıblar. Lakin Qarabağ ermənilərinin Ermənistanın köməyi ilə Azərbaycandan ayrılmaq iddiaları bu regionda qanlı iğtişaşlara səbəb olub. 1991-ci ilin sonlarından başlayan irimiqyaslı Ermənistan-Azərbaycan döyüş əməliyyatları bu günə qədər davam edir.

Məqalədə deyilir ki, 1988-ci ilin fevral hadisələri millətçiliyin siyasi qüvvə kimi rolunu demək olar ki, unudan Avropa üçün dramatik, qəfil, eyni zamanda, gözlənilməz idi. Bu, kommunizm dövrünün sonunda iki qonşu xalq arasında ilk ciddi savaş idi. Qarabağ münaqişəsini həm gözlənilməz və həm də əvvəlcədən planlaşdırılmış münaqişə adlandırmaq olar.

Münaqişənin Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən başlandığını qeyd edən Conatan-Simon Sellem yazır ki, Dağlıq Qarabağ Azərbaycanın ta qədimdən mədəni mərkəzi olub. Qarabağ torpağı Azərbaycan ədəbiyyatına və musiqisinə Vaqif, Natəvan, Üzeyir Hacıbəyli kimi şair və bəstəkarlar bəxş edib. Təkcə bu fakt həmin ərazinin Azərbaycanla bağlı olmasını sübut edir. Təəssüf ki, tarixi və mədəni abidələrlə zəngin Qarabağ regionu Elzas, Flandriya və ya Kəşmir kimi döyüş meydanına çevrilib.

Daha sonra 1988-ci il hadisələrini təsvir edən müəllif yazır ki, on minlərlə azərbaycanlı Ermənistandakı ata-baba torpaqlarından qəddarlıqla, zorakılıqla qovulub. Bunun ardınca, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxması barədə qərar qəbul olunub. Beləliklə, Bakıda və Yerevanda çoxsaylı iştirakçıları olan mitinqlər başlanıb.

1991-ci ildə SSRİ dağılandan sonra isə Qarabağ münaqişəsi dövlətlərarası müharibəyə çevrilib. Beynəlxalq birlik Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Lakin münaqişə tərəflərinin hər ikisinə sovet silahlarının paylanması vəziyyətin daha da gərginləşməsinə səbəb olub.

Qarabağın tarixindən söhbət açan bloger bildirir ki, ta qədimdən bu ərazilərdə azərbaycanlılar yaşayıb. XVIII əsr Cavanşirlər sülaləsi tərəfindən idarə edilən Qarabağ xanlığının yaradılması ilə əlamətdar olub. Azərbaycan zadəganlarının ənənələrinə uyğun idarə edilən bu xanlıqda azərbaycanlılar digər etnik qruplardan üstün imtiyazlara malik idi.

1805-ci ildə imzalanan Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı çar Rusiyasına tabe edildi. Rus imperiyası bütün Qafqaz regionunu işğal edəndən sonra bu ərazilərdə nəzarəti möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə etməklə "parçala və hökm sür" prinsipi üzrə siyasət yürütməyə başladı. Ermənilərin İrandan və Osmanlı imperiyasından Qarabağa köçürülməsi, regionun demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsi bu siyasətin bir hissəsi idi. Çar Rusiyası ilə İran və Türkiyə arasında müharibələrdən sonra Azərbaycanın əzəli torpaqlarında əhalinin etnik tərkibi tamamilə dəyişdi. Təkcə 1828-1830-cu illərdə Azərbaycana İrandan 40 mindən çox və Osmanlı imperiyasından 84 min 600 erməni köçürüldü. Sonra İrandan Azərbaycana köçürülən ermənilərin sayı 300 minə çatdırıldı. Ermənilər Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur, Dərələyəz, Vedibasar və digər regionlarında məskunlaşdırıldılar.

Beləliklə, Azərbaycanın əzəli torpaqlarında erməni əyaləti yaradıldı. Lakin ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, azərbaycanlılar sayca ermənilərdən həmişə üstün olublar. Məsələn, 1886-cı ildə Zəngəzur bölgəsindəki 326 kənddən yalnız 81-i erməni kəndi olub, İrəvan xanlığının əhalisinin 66 faizi azərbaycanlılar idi. Bu regionlarda ermənilərin sayca çoxluğuna nail olmaq üçün azərbaycanlılara qarşı kütləvi qətllər həyata keçirilir, ermənilər himayədarları tərəfindən gizli şəkildə silahlandırılırdılar.

Müəllif qeyd edir ki, XX əsrin əvvəlində, məsələn 1905-1907-ci illərdə azərbaycanlıların indiki Ermənistan və Qarabağ ərazilərindən zorla köçürülməsi dinc əhaliyə qarşı kütləvi zorakılıq və vəhşiliklərlə müşayiət olunurdu. Yüzlərlə Azərbaycan kəndi yandırıldı, bu kəndlərin əhalisi amansızlıqla öldürüldü.

Yazıda qeyd olunur ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu gün də davam edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıqlar hələ ki, bir nəticə vermir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsi uzun illərdir ki, kağız üzərində qalıb. Yalnız 2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatına əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu işğal altındakı ərazilərin bir neçə min kvadratkilometrlik hissəsini azad edib.

Məqalədə qeyd olunur ki, Azərbaycan döyüş yolu ilə geri alınmış Cocuq Mərcanlı kəndində hazırda kompleks tikinti işləri aparır. Bir neçə ay ərzində bu kənddə 50 ev tikilib. Tezliklə daha 100 ev də tikiləcək. Kənd sakinləri artıq öz doğma yurdlarına qayıdırlar.

Conatan-Simon Sellem məqaləsini bu fikirlərlə bitirir: "Gələcəkdə necə olacağını heç kəs bilmir. Lakin müasir həbi texnika ilə təchiz olunmuş, yaxşı təlim keçmiş qoşunlar Vətənin işğal edilmiş torpağının hər bir qarışını azad etməyə hazırdır. Münaqişənin yenidən alovlanacağı təqdirdə beynəlxalq birliyin bu dəfə əmin-amanlığı dörd gündən sonra bərpa etmək şansı son dərəcə azdır. Buna görə də Avropanın qərar qəbul edən qüvvələrinin münaqişə bölgəsinə gəlməsi, bu regionun tarixini öyrənməsi və münaqişənin dinc yolla həlli üçün ədalətli plan təklif etməsi son dərəcə vacibdir".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Onlar rahatlığa çox önəm verirlər  FOTO like
  • 10 Okt 22:30  
Digərləri Onlar rahatlığa çox önəm verirlər FOTO

Bu insanlar evdə, ofisdə, hətta ictmai nəqliyyatda istirahət etməyi, dinc

arrow Ətraflı
“Bozdağ Hökməli” vulkanının ətrafındakı evlər qanunsuz inşa edilib like
  • 10 Okt 22:26  
Digərləri “Bozdağ Hökməli” vulkanının ətrafındakı evlər qanunsuz inşa edilib

Abşeron rayonunun Hökməli qəsəbəsindəki "Bozdağ Hökməli" pal

arrow Ətraflı
Kataloniya başçısı müstəqilliyin elan edilməsini dayandırmağa təklif edib like
  • 10 Okt 22:25  
Digərləri Kataloniya başçısı müstəqilliyin elan edilməsini dayandırmağa təklif edib

Oktyabrın 1-i keçirilən referendumun nəticələrinə görə respublika forma

arrow Ətraflı
Körpəyə bu dərmanı vermək like
  • 10 Okt 22:25  
Digərləri Körpəyə bu dərmanı vermək

Uşaqların yuxusuz qalması valideynlərin vacib problemlərindən biridir. Bun

arrow Ətraflı
Kataloniya rəhbəri regionun like
  • 10 Okt 22:23  
Dünya Kataloniya rəhbəri regionun

Karles Puçdemon Kataloniyanın bu hüquqa layiq olduğu bildirib

arrow Ətraflı
Hər gün 1 hədisə əməl etmək like
  • 10 Okt 22:20  
Digərləri Hər gün 1 hədisə əməl etmək

Ayətullah Behcətin bizlərə tövsiyəsinə qulaq asaq və əməl etməyə ça

arrow Ətraflı
Dörd əsas mələyin adları və vəzifələri nədir? like
  • 10 Okt 22:15  
Digərləri Dörd əsas mələyin adları və vəzifələri nədir?

Allahın mələklərinin dəqiq sayı bilinmir. Mələklərin hamısı Allahın

arrow Ətraflı
Şərq münəccimlərindən hər bir bürc haqqında like
  • 10 Okt 22:12  
Digərləri Şərq münəccimlərindən hər bir bürc haqqında

Şərq filosofları və münəccimləri hesab edir ki, Kainat bütün zodiak iş

arrow Ətraflı
İlan yağının faydaları like
  • 10 Okt 22:10  
Digərləri İlan yağının faydaları

Bir çox narahatlıqlara qarşı yaxşı təsir edən, immun sistemini güclənd

arrow Ətraflı
Olivye Jiru ilə italyan klubları maraqlanır like
  • 10 Okt 22:07  
İdman Olivye Jiru ilə italyan klubları maraqlanır

"Arsenal"ın hücumçusu Olivye Jiru 2 İtaliya klubunun diqqət mərk

arrow Ətraflı
Panik atak nədir və ya qorxularımızın hücumundan necə qorunaq? like
  • 10 Okt 22:05  
Digərləri Panik atak nədir və ya qorxularımızın hücumundan necə qorunaq?

Həyəcan, qorxu, stress, gərginlik kimi anlayışlar bəşər övladı yarand

arrow Ətraflı
Kataloniya rəhbəri regionun müstəqilliyini elan edib like
  • 10 Okt 22:04  
Dünya Kataloniya rəhbəri regionun müstəqilliyini elan edib

Karles Puçdemon Kataloniyanın bu hüquqa layiq olduğu bildirib

arrow Ətraflı
Rəfiqələr İbisa kurortuna yollandılar  FOTO like
  • 10 Okt 22:01  
Digərləri Rəfiqələr İbisa kurortuna yollandılar FOTO

"Love Island" realiti-şousunun ulduzu Keti Salmon rəfiqəsi İndia C

arrow Ətraflı
AİBA prezidenti postundan kənarlaşdırıldı like
  • 10 Okt 22:00  
İdman AİBA prezidenti postundan kənarlaşdırıldı

Çinq-Kuo Vu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA

arrow Ətraflı
“Bozdağ Hökməli” vulkanının ətrafındakı evlər qanunsuz inşa edilib - RƏSMİ like
  • 10 Okt 21:58  
Digərləri “Bozdağ Hökməli” vulkanının ətrafındakı evlər qanunsuz inşa edilib - RƏSMİ

Abşeron rayonunun Hökməli qəsəbəsindəki “Bozdağ Hökməli” palçıq

arrow Ətraflı