Qıcolma: səbəb duz çatışmazlığındadır?


Digərləri 10 Okt 2017 22:35:00 372 0

Qıcolma: səbəb duz çatışmazlığındadır?

Yaşa dolduqca qıcolma halları daha tez-tez baş verir.

Çəkisi artıq olanların da belə hallarla üzləşməsi ehtimalı yüksəkdir.

Əslində, hər adam bununla üzləşə bilər - məşqdən sonra və ya gecəyarısı.

Qıcolmanın səbəbi nədir və bu baş verərsə, nə etməli?

Çoxlarının zənn etdiyinə görə, bunun səbəbi orqanizmdə natriumun, yəni, duzun çatışmazlığıdır.

Bu fikirdə olanlar qıcolmanın çarəsini bir qədər duz qəbul etməkdə görür.

Son.az BBC-yə istinadən bildirir ki, lakin bu problemin öhdəsindən daha yüngül yolla, duz qəbul etmədən də gəlmək mümkündür.

Səbəbi nədir?

Qıcolma halı adətən ayağın baldır və ya bud hissəsinə aid əzələlərdə baş veirir.

Bəzən, buna səbəb, əzələdə oksigen çatışmazlığı olur, bəzi hallarda isə səbəb daha ciddi ola bilər - misal üçün qalxanvarı vəzin fəaliyyətindəki qüsura görə bədəndə kalsiumun səviyyəsi azalır.

Lakin London tibb və stomatologiya məktəbinin professoru Raymond Playford hesab edir ki, bir çox hallarda qıcolma ilə orqanizmdə duzun miqdarı və ya onun çatışmazlığı arasında heç bir əlaqə yoxdur.

Ocaqçının qıc olması

Qıcolmaya gətirən səbəblərin nədən ibarət olduğu indiyədək aydın deyil.

Təxminən 100 il bundan əvvəl bu hala daha çox, gəmilərdə ocaqçılıq edənlərin məruz qaldığına diqqət yetirilmişdi.

Bunu, sobanın istiliyi və ocaqçının tez-tez tərləməsilə, nəticədə isə, onun bədənindən duzun çıxması ilə izah edirdilər - və buradan belə bir nəticə çıxarılırdı kı, qıcolmanı yaradan duz çatışmazlığıdır.

Bunu deyənlər, qıcolmadan qorunmaq üçün duzlu xörək yeməyi məsləhət görürdü.

Bioloji cəhətdən alimlər bu fenomenə belə bir izahat verirdi: orqanizmin susuzlaşması nəticəsində hüceyrələr arasında məsafə azalır, hüceyrələr sıxılır, demək, sinir toxumalarına təzyiq güclənir və beləcə, ağrı hissi yaranır.