Müxalifətin mitinqinə qatılan aktyorlar işdən kənarlaşdırıldı


Şou-biznes 10 Okt 2017 22:36:00 402 0

Müxalifətin mitinqinə qatılan aktyorlar işdən kənarlaşdırıldı

Milli Şuranın oktyabrın 7-də "Məhsul" stadionunda keçirdiyi mitinqdə incəsənət nümayəndələrinin də qatıldığı məlum olub. Onların bəzilərinin hazırda telekanallarda nümayiş etdirilən teleseriallarda aparıcı rollar ifa etdiyi deyilir.

Son.az aznews.az-a istinadən xəbər verir ki, informasiyalı mənbədən daxil olan məlumata görə, hazırda onlar barədə ölçü götürülməsi məsələsinə baxılır. İlk növbədə həmin şəxslərin mətbuatdan, telekanallardan və ümumiyyətlə səhnədən uzaqlaşdırılması nəzərdə tutulur. Həmçinin, həmin aktyorların fəxri adlardan məhrum edilməsi məsələsinə də baxıla bilər.

Son məlumata görə, adları keçən aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədlidir. Abbas Qəhrəmanovun işlədiyi Milli Dram Teatrından kənarlaşdırıldığı bildirilir. Həmçinin, İlqar Cahangir və Ayşad Məmmədovun da çəkildikləri teleseriallardan uzaqlaşdırılacağı deyilir.