Körpəyə bu dərmanı vermək


Digərləri 10 Okt 2017 22:25:00 506 0

Körpəyə bu dərmanı vermək

Uşaqların yuxusuz qalması valideynlərin vacib problemlərindən biridir. Bunun üçün bəzən analar həkim təyinatı olmadan bir sıra dərman preparatlarından istifadə edirlər. Onlardan biri də anaların bir-birlərinə məsləhət bildiyi və "köməkçi yuxu dərmanı" sandıqları ketotifendir.

Bəs ketotifendən istifadə nə qədər doğrudur?

Son.az medicina.az-a istinadən bildirir ki, pediatr Xəyalə Quliyeva "ən gözəl yardımçı" olan ketotifenin törədə biləcəyi kəskin fəsadlardan danışıb.

Həkimin sözlərinə görə, analar övladlarında yuxusuzluğu müşahidə etdikləri zaman bunun səbəblərini araşdırmadan ketotifen verirlər: "Analar bilməlidir ki, ketotifen yuxu dermanı deyil, O allergiya əleyhinə dərman preparatıdır və göstərişsiz istifadəsi uşağa zərər vurar. Göy öskürəklər uşaqda müşahidə olunarsa və başqa dərmanlar effektini göstərməzsə, o zaman bu dərman son çarə kimi yazıla bilər".

"Analara tövsiyə edirəm ki, kim bu dərmanı vermək istəyərsə, birinci özü içsin, rahatlayarsa və problem çıxmazsa o zaman uşağına da versin. Ancaq bilirəm ki, bir dəfə dərmanı qəbul edən ana ikinci dəfə istifadə etməz", - deyə pediatr bildirib.

Uşaqlarda yuxu problemi ümumiyyətlə diaqnoz deyil. Yuxu pozğunluğunun hansısa xəstəliyin əlaməti ola biləcəyini və ya normal hal kimi dəyərləndirilə biləcəyini deyən Quliyeva, uşaqların ilkin adaptasiya dövründə yuxu problemi yaşaya biləcəyini qeyd edib.