Şərq münəccimlərindən hər bir bürc haqqında


Digərləri 10 Okt 2017 22:12:00 340 0

Şərq münəccimlərindən hər bir bürc haqqında

Şərq filosofları və münəccimləri hesab edir ki, Kainat bütün zodiak işarələri üçün öyrənməli olduğu üç ən mühüm dərs hazırlayıb. Odur ki, hələ qədimdən insanlara məlum olan Kainat qanunlarını öyrənməyə dəyər. Bu qanunların başlıca məğzi ondan ibarətdir ki, həyatınızda hər şey elə-belə deyil, siz necə istəyirsinizsə, o cür də baş verir.

Son.az publika.az-a istinadən  şərq münəccimlərinin bütün bürclər üçün hazırladığı kiçik həyat dərsləri ilə tanış edir.

Qoç

Xoşbəxtlik doğmalarımız və yaxın insanlardır. Sərvət gəlir və gedir, dostlar və yaxınlar isə həmişə sizinlə qalır. Sevgini və dostluğu qiymətləndirin.

Bəzən daha xoşbəxt olmaq üçün sadəcə götürmək və nəyisə buraxmaq lazımdır.

Problemləri ən yaxşı həll etmək üsulu onlarla görüşlərdən çəkinməyi öyrənməkdir.

Buğa

Bizim hamımız bərabərik və heç kim özünü fövqəlbəşər adlandırmaq hüquqlarına malik deyil.

İnsanların sizə hörmət etməsini istəyirsinizsə, siz də onlara hörmət etməyi öyrənməlisiniz. Bu dünyada heç nə cavabsız qalmır, hər şey qarşılıqlı əlaqəlidir.

Sizə ürəyini açan insanları qiymətləndirin.

Əkizlər

Eqoizm heç vaxt qiymətli olmayacaq, çünki o, hakimiyyət hissini, yaxşı əhval-ruhiyyəni, səlahiyyəti və sərvəti yalnız bir neçə dəqiqəlik hədiyyə edir.

Yalan sizi sadəcə indi xilas edə bilər, amma problemlərdən tamamilə qurtara bilməyəcək.

Uzaqgörənlik yalnız müdrik insanların deyil, həm də öz vaxtını qiymətləndirənlərin seçimidir.

Xərçəng

Pis olan hər şey üçün xüsusi ödəmə şəklində səmimi üzrlər tələb olunur. Əgər siz kimisə incitmisinizsə, bu, cəzasız qalmayacaq.

Özünüzü elə göstərməyin ki, guya göründüyünüzdən daha yaxşısınız. Özün olmaq - bu, istedaddır, hansı ki, onu inkişaf etdirmək olar. Qeyri-səmimilik divarlar tikir, körpülər yox.

Xəsislik sizdə olan insanı öldürür, bu xususiyyət sizi tək və bədbəxt etməyə qadirdir.

Şir

Bu həyatda ən faydalı bacarıq empatiya hissidir (özünü başqa insanın yerinə qoymaq bacarığıdır). O, sizə əksəriyyətin arzusunda olduğu gücü qazandırır.

Dəb və statusun tələb etdiyi qədər yox, özünüzə icazə verdiyiniz qədər pul xərcləyin.

Bütün pislər keçib gedir, bütün dərdlər köhnəlir, eyni ilə bütün yaxşı günlər kimi. Həyat günün və gecənin, pozitiv və neqativin, sevgi və nifrətin dəyişməsidir.

Qız

Siz həmişə haqlı ola bilmərsiniz. Hər kəs səhv edə bilər, siz, sizin düşmənləriniz və dostlarınız, müdriklər və səfehlər də.

Əgər xoşbəxt olmaq istəyirsinizsə, bəzən sadəcə risk etmək lazımdır.

Kənardan başqa insanın dəstəyini gözləməyə ehtiyac yoxdur. Hətta tək öhdəsindən gələ bilməyəcəyinizi düşünsəniz də, bilin ki, siz başqa insanların köməyi olmadan da hər şeyi etməyə qadirsiniz.