Hər gün 1 hədisə əməl etmək


Digərləri 10 Okt 2017 22:20:00 286 0

Hər gün 1 hədisə əməl etmək

Ayətullah Behcətin bizlərə tövsiyəsinə qulaq asaq və əməl etməyə çalışaq. Alim buyurur: "Hər gün "Nəfslə cihad" kitabından bir hədis oxumağa çalışın və ona əməl edin.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir ildən sonra görəcəksiniz ki, dəyişmisiniz. Necə ki, insan bir müddət dərman içər və sonra yaxşılaşdığını hiss edər".

İmam Sadiqə (ə) sual verirlər ki, ağıl nədir?   Həzrət Sadiq (ə) buyurur: "Ağıl odur ki, Rəhman Allah onun vasitəsilə ibadət olunar. Behişt onunlaəldə olunar".   Həmin şəxs soruşur: "Bəs Müaviyyədə olan nə idi?".   Həzrət (ə) buyurur: "O, hiylə və şeytənət idi. Ağıla bənzəyirdi, ancaq ağıl deyildi".