Olivye Jiru ilə italyan klubları maraqlanır


İdman 10 Okt 2017 22:07:00 353 0

Olivye Jiru ilə italyan klubları maraqlanır

"Arsenal"ın hücumçusu Olivye Jiru 2 İtaliya klubunun diqqət mərkəzinə düşüb. Goal.az xəbər verir ki, 31 yaşlı forvard "İnter" və "Juventus"un maraq dairəsinə düşüb. Bu mövsüm Premyer Liqada 7 oyun keçirən Jiru hər dəfə əvəzetmədən oyuna daxil olub. "Qoca senyora" fransalı qolyadoru Mario Mandzukiçin alternativi kimi nəzərdən keçirir. "İnter" isə hücum xəttini Jiru ilə gücləndirməyi düşünür.

Jiru ötən yay "Everton"un təklifini rədd etmişdi. Onun "Arsenal"la müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.