Bal yarmarkasında "bal kimi" qiymətlər VİDEO


Digərləri 10 Okt 2017 21:22:00 316 0

Bal yarmarkasında "bal kimi" qiymətlər  VİDEO

Bu gündən etibarən Bakıda ənənəvi olaraq keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkası öz işinə başlayıb. Bu il də ölkəmizin bütün bölgələrindən arıçılar öz məhsullarını təqdim edib. 1 kiloqramı 20 manatdan başlayan bal məhsullarının hamısı labarator analizlərdən keçirilib. Və istənilən alıcı aldığı məhsulu elə yarmarkanın daxilində təkrar analiz etdirə bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, arının südü, balı, səbətində gətirdiyi çiçəyi, hördüyü şanı, hətta ölüsü belə faydalıdır. Bu gün sərgiyə 107 ton süzülmüş balla yanaşı, 1200 tona yaxın digər arıçılıq məhsulları da satışa çıxarılıb. Bakıda 17-ci dəfədir keçirilən ənənəvi bal yarmarkasında respublikanınn müxtəlif bölgələrindən arıçılar qatılıb. Qiymətləri 20-30 manat arasında dəyişən bal məhsulları bu il də ən çox cənub zonasından gətirilib. Alıcılar isə balın həm keyfiyyətindən, həm də qiymətindən razıdırlar. Hər il olduğu kimi bu il də yarmarkaya saxta bal satmaq istəyənlər olub. Müştəriləri ən çox maraqlandıran məsələ isə balın keyfiyyətinin şəxsən yoxlanılması prosesidir. Aldığı balın keyfiyyətini yenidən yoxlamaq istəyən alıcı isə elə yarmarkada təşkil olunmuş laboratoriyaya müraciət edə bilər. Xətai rayonu "AMAY" ticarət mərkəzində keçirilən yarmarka noyabrın 5-nə qədər davam edəcək.


Xəbərə aid video