Epilepsiya xəstələrinin müayinəsində edilən səhvlər


Digərləri 10 Okt 2017 21:25:00 78 0

Epilepsiya xəstələrinin müayinəsində edilən səhvlər

Elektroensefaloqrafiya (EEQ) dedikdə beynin biopotensiallarının qeyd edilməsi nəzərdə tutulur.

Əsasən epilepsiyanın dəyərləndirilməsində əvəzedilməz müayinə metodudur. Ilk növbədə beynin normal dalğaları qiymətləndirilir, daha sonra isə patoloji dalğalar və onların lokalizasiyası araşdırılır.  EEQ müayinəsi bəzi beyin patologiyalarinda da biopotensiallarda dəyişiklik göstərir. Məsələn: Bəzən "tam sağlamam" deyən xəstələrdə patoloji yavaş dalğaların aşkarlanması beynin həcmli proseslərinə işarədir və daha ətraflı diaqnostik müayinə metodları tələb edir. Beynin fizioloji yetişkənliyinin dəyərləndirilməsində də EEQ-nin rolu var.   Son.az medicina.az-a istinadən bildirir ki, EEQ raporunun dəyərləndirilməsində bir çox incəliklərə fikir verilməlidir. Bəzən bir çox mənbələrdən qaynaqlanan artefaktlar səhv olaraq epileptik dəyişiklik kimi dəyərləndirilir.Buna görə də artefaktların tanınması və çəkim boyu düzgün izlənmə böyük əhəmiyyət daşıyır. Həmçinin bəzi beyin patologiyalarından sonra (iltihabi, infeksion proseslər, beyin şişləri əməliyyatından sonra və s.) epilepsiyaya bənzər kəskin-yavaş dalğa kompleksləri görülməkdədir. Buna görə də anamnezin ətraflı toplanması və xəstədə qıcolma tutmalarının olub-olmamasının öyrənilməsi diaqnozun dəqiqləşdirilməsində böyük əhəmiyyət kəsb edir.   Bəzən isə xəstədə ömründə bir dəfə olan tutma qeyd edilir, bu zaman EEQ-də dəyişiklik olsa belə diaqnozu təsdiqləyib müalicə təyin etmək yol verilməzdir. Belə hallartda dinamik müşahidə taktikası düzgün seçimdir.   Bir çox hallarda isə əksinə, dəfələrlə tutmalar qeyd edilməsinə baxmayaraq EEQ müayinəsi normal qiymətləndirilir. Bu kimi hallarda isə xəstəliyin gediş şəklinə görə diaqnoz dəqiqləşdirilir və xəstənin həyatı təhlükə altında olduğuna görə müalicə təyin edilir. Bir sözlə, əsas diaqnostik kriteri xəstəliyin klinik şəklidir.   EEQ mayinəsi ən azı 20-30 dəqiqə və ya sutkalıq aparılır. Bu müayinə zamanı xəstə gərgin olmamalıdır, ac olmaması məqsədəuyğundur.   EEQ müayinəsinin beynin funksional dəyərləndirilməsindəki rolu araşdırılmaqda davam edir. Bir çox elm adamları xüsusi laboratoriyalarda müxtəlif prinsiplər üzrə araşdırmalar aparırlar. Ümidvaram ki, gələcəkdə daha səmərəli tədqiqatlar aparılacaq və beynin bir çox digər funksiyalarının açılmasında və bəzi halların idarə edilməsində əhəmiyyətli nəticələr əldə ediləcək.

Bazarda soğan bahalaşdı  VİDEO like
  • 10 Okt 21:24  
Digərləri Bazarda soğan bahalaşdı VİDEO

Bazarlarda qışlıq soğanlara tələb artıb. Hazırda soğanın kiloqramı 40

arrow Ətraflı
Parklanma yerlərinin olduğu yolların kənarında yaşayan avtomobil istifadəçiləri üçün like
  • 10 Okt 21:23  
Digərləri Parklanma yerlərinin olduğu yolların kənarında yaşayan avtomobil istifadəçiləri üçün

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iy

arrow Ətraflı
Saxta pul satanlar ələ keçdi  VİDEO like
  • 10 Okt 21:23  
Digərləri Saxta pul satanlar ələ keçdi VİDEO

Polis saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşı

arrow Ətraflı
Bal yarmarkasında "bal kimi" qiymətlər  VİDEO like
  • 10 Okt 21:22  
Digərləri Bal yarmarkasında "bal kimi" qiymətlər VİDEO

Bu gündən etibarən Bakıda ənənəvi olaraq keçirilən arıçılıq məhsul

arrow Ətraflı
Bakıda ər arvadını like
  • 10 Okt 21:21  
Digərləri Bakıda ər arvadını

Bakıda kişi həyat yoldaşını güllələyib. Hadisə Yasamal rayonu qanlı g

arrow Ətraflı
Tələbələrə müjdə: Bakıda müasir like
  • 10 Okt 21:19  
Digərləri Tələbələrə müjdə: Bakıda müasir

"Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiy

arrow Ətraflı
Bu il rekord sayda kənd təsərrüfatı texnikası alınıb  VİDEO like
  • 10 Okt 21:18  
Digərləri Bu il rekord sayda kənd təsərrüfatı texnikası alınıb VİDEO

İldən-ilə kənd təsərrüfatına dövlət dəstəyi daha da gücləndirilir.

arrow Ətraflı
Bakıda bu muzeyə giriş like
  • 10 Okt 21:17  
Digərləri Bakıda bu muzeyə giriş

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən zo

arrow Ətraflı
Azərbaycanda kredit faizləri qalxır – like
  • 10 Okt 21:16  
Digərləri Azərbaycanda kredit faizləri qalxır –

Azərbaycanda kreditlər bahalaşır. Mərkəzi bank hesabat ayı üzrə depozit

arrow Ətraflı
Şəbih nədir? like
  • 10 Okt 21:15  
Digərləri Şəbih nədir?

"Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkd

arrow Ətraflı
Yanacaq sərfiyyatını necə azaltmaq olar? like
  • 10 Okt 21:14  
Digərləri Yanacaq sərfiyyatını necə azaltmaq olar?

Avtomobili olanlar bu xəbəri mütləq izləsin. Yanacağa qənat etməyin bir

arrow Ətraflı
Azərbaycanda bu da oldu! like
  • 10 Okt 21:13  
Digərləri Azərbaycanda bu da oldu!

Bakının Binəqədi rayonu və Hacıqabul rayonunda qəbir daşlarının üzər

arrow Ətraflı
Oktyabrın bu günlərində diqqətli olun like
  • 10 Okt 21:12  
Digərləri Oktyabrın bu günlərində diqqətli olun

Oktyabrın sonlarında güclü geomaqnit qasırğası olacaq. Mütəxəssislər

arrow Ətraflı
Azərbaycanda əcnəbilərə yaşamaq və işləmək asanlaşdı like
  • 10 Okt 21:11  
Digərləri Azərbaycanda əcnəbilərə yaşamaq və işləmək asanlaşdı

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərba

arrow Ətraflı