Bakıda bu muzeyə giriş


Digərləri 10 Okt 2017 21:17:00 476 0

Bakıda bu muzeyə giriş

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən zooloji muzeyə giriş pullu olacaq. Bu barədə muzeydən açıqlama verilib. Artıq məbləğin nə qədər olacağı da müəyyənləşdirilib. Qeyd edək muzeydə mindən çox yerli və xaricdən gətirilən eksponat saxlanılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Zoologiya inistitunun nəzdindəki muzeyə pullu giriş sistemi tətbiq olunur. Artıq məbləğ də müəyyənləşdirilib. Bu barədə Zooloji muzeyin direktoru Səbinə Bünyatova söyləyib. Lakin müəyyən təbəqələrə giriş yenə də pulsuz olacaq. Pulsuz girişə sadəcə muzeydəki eksponatlara baxış daxildir. Bəs görəsən bu addımı atmaqda məqsəd nədir? Yeri gəlmişkən pullu sistemə keçidlə əlaqədar hazırda muzeyin ekspozisiya fondunun dəyişdirilməsi prosesinə başlanılıb. Köhnə və yararsız hala düşən eksponatlar yeniləri ilə əvəzlənir. Pullu girişə bir çox xidmətlər daxildir. Muzeyin ziyarətçiləri müxtəlif yaş təbəqələrindən olan insanlardır. Hətta zoolji muzeyə əcnəbi turistlər də gəlir. Burda sərgilənən eksponatların əksəriyyəti Qırmızı kitaba düşən nümunələrdir. Hazırda muzeydə 1000 dən yuxarı yerli və xaricdən alınma ekspozisiyalar saxlanılır.


Xəbərə aid video