Bu il rekord sayda kənd təsərrüfatı texnikası alınıb VİDEO


Digərləri 10 Okt 2017 21:18:00 453 0

Bu il rekord sayda kənd təsərrüfatı texnikası alınıb  VİDEO

İldən-ilə kənd təsərrüfatına dövlət dəstəyi daha da gücləndirilir. İstər bitkiçilik, istərsə də heyvandarlığın inkişafı üçün stimullaşdırıcı addımlar atılır. 9 ay ərzində əldə edilən göstəricilər bunu bir daha sübut edir. Bu il kənd təsərrüfatı texnikalarının gətirilməsi, istixanalarda istehsal edilən məhsulların həcminin artması, süni mayalanma tədbirlərinin intensiv xarakter alması baxımından səmərəli olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, fermerlərin uzun illər əkin-biçin zamanı texnika sarıdan qarşılaşdıqları problemlər və çatışmazlıqlar aradan qaldırılır. Bu il kənd təsərrüfatı texnikasinin alinmasi ilə bagli rekord il olub. Heyvandarlığın sürətli inkişafı da prioritetlər məsələlərdən biridir. Bu il bu istiqamətdə çox islər görülüb. Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması bu sahədə dünyanin ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi xidmət edir. Yerli cinslərin sağlamlaşdırılması, cins mal-qaranın alınması məsələnin həllini kompleks şəkildə təmin edəcək. İstehsal edilən məhsulların ixracı da diqqətdə saxlanılır. Bu məqsədlə ixraca hesablanmış logistik mərkəzlərin yaradılması vacibdir. Belə mərkəzlərin olması məhsulların uzun müddət saxlanılması, xarab olmaması və əlverişli məqamda satılmasına imkan verir. İxrac edilən məhsullar arasında istixanalarda istehsal edilən tərəvəzlərin də payı çoxdur. Buna görə də hazirda 400 hektardan çox sahədə müasir istixana kompleksləri tikilir. Onlarin bir hissəsi istifadəyə verilib, böyük hissəsi hələ tikilməkdədir.


Xəbərə aid video