PFL "Neftçi" - "Səbail" oyunu ilə bağlı qərarlar verdi


İdman 10 Okt 2017 21:11:00 365 0

PFL "Neftçi" - "Səbail" oyunu ilə bağlı qərarlar verdi

“Neftçi” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Klub ev oyunlarını keçirdiyi  “Bakcell Arena” stadionunun qazonunda  yenilənmə işləri aparıldığını rəhbər tutaraq Topaz Premyer Liqasının VIII turunda "Səbail”lə ev matçının yerinin dəyişdirilməsini istəyib.

Goal.az xəbər verir ki, “Neftçi"nin müraciətini və “Səbail”in razılıq məktubunu nəzərə alan PFL Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Səbail” matçının 15 oktyabr 2017-ci il tarixdə “Dalğa Arena” stadionunda keçirilməsinə qərar verib.

VIII turda meydan sahibi “Səbail” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Neftçi” klubu təsdiq edilsin.