Astarada güclü sel körpünü uçurdu:


Digərləri 10 Okt 2017 21:03:00 414 0

Astarada güclü sel körpünü uçurdu:

Astaranın Ovla kəndidəki avtomobil körpüsünün bir hissəsini sel suları yuyub aparıb. Nəticədə 600 nəfərdən artıq insanın istifadə etdiyi yol bağlanıb. İcra hakimiyətindən bildirilib ki, körpünü bərpa etmək üçün rayonda lazımi texnika olmadığından işlər bir qədər gecikir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl cənub Bolgəsinə yağan yağışlar səbəbindən yaranan sel Astara rayonunun bir neçə kəndinin yolunu tamamailə bağlayıb. Sel suları Ovla kəndinin üzərindəki olan avtomabil körpüsünün torpaq qatını və dəmir konstruksiya ilə tikilmiş bir hissəsini yuyub aparıb. Artıq bir neşə gündür ki, rayonun Ovala, Ağ körpü, Xıçasu kəndlərinin arasında əlaqə kəsilib. Astara Rayon İcra Hakimiyyətindən bildridi ki, uçmuş körpüyə baxış keçirilib.Bununla bağlı akt tərtib olunaraq "Azəravtoyol" ASC və digər rəsmi qurumlara göndərilib. Rayonda körpünü bərpa etmək üçün lazımi texnika olmadığından işlər bir qədər gecikir.Lakin qısa müddətdə körpünün tikintisinə başlanılacaq.


Xəbərə aid video