Yevlaxda dələduz tutuldu VİDEO


Digərləri 10 Okt 2017 21:04:00 376 0

Yevlaxda dələduz tutuldu  VİDEO

Yevlaxda insanları aldadan 21 yaşlı gənc saxlanılıb. Bərdə sakini Fərid Əzizov internet səhifələrində müxtəlif cinsli itlərin satılması barədə elan verərək vətəndaşları aldadıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  21 yaşlı gəncin elan görən Bakı şəhər sakinləri Rövşən Bayramov, Rüfət Babayev və Yevlax sakini Elmir Qocayev Fərid Əzizovla əlaqə saxlayıb it almaq istədiklərini bildiriblər. O, alıcılara müxtəlif poçt ünvanlarına pul göndərdikdən sonra itlərin onlara verəcəyini bildirib. Deyilən məbləğdə pul həmin ünvanlara göndərilsə də, itlər pul ödəyənlərə çatdırılmayıb. Müraciətdən sonra Yevlax rayon polis şöbəsinin əməkdaşları Fərid Əzizovu saxlayıblar. Məlum olub ki, Bərdə sakini ona zəng edən Rövşən Bayramovdan 300, Rüfət Babayevdən 350, Elmir Qocayevdən 150 manat pulu aldatma yolu ilə alıb. Onlara söz verdiyi cins itləri verməyib.


Xəbərə aid video