Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb


Digərləri 10 Okt 2017 20:54:00 280 0

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib.

Bakı. YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib. Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, heç bir namizəd səs çoxluğu qazana bilməyib. Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb. Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi nazmizəddir. Səsvermənin növbəti turu sabah keçiriləcək.