İŞİDdən qurtulan gənc türkmən qadının dəhşətli etirafları "Bir qızı 4 nəfər növbə ilə zorladı"


Dünya 10 Okt 2017 20:42:00 126 0

İŞİDdən qurtulan gənc türkmən qadının dəhşətli etirafları  "Bir qızı 4 nəfər növbə ilə zorladı"

Tikrit şəhərinin şimalındakı Əl Alam rayonundan İŞİD terrorçuları tərəfindən qaçırılan qadın xilas edilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, qaçırıldıqdan sonra bir qarajda saxlanılan qadın başına gələn dəhşətləri danışıb: "Bizi orada evlilər və subaylar olaraq iki yerə böldülər. Beş gənc qız var idi. Gözümüzün qabağında qızları zorladılar. Bir qızı 4 nəfər növbə ilə zorladı".

N.B. İraqda İŞİD tərəfindən qaçırılan minlərlə qadından biridir. 2014-cü ildə terrorçular tərəfindən qaçırılıb. Sonra isə xilas edilib və başına gələnləri "BBC TURK"ə anladıb.

N.B. deyib: "1500 əsgərin qətlə yetirildiyi "Speicher" bazasından xilas olanların bəziləri evimizə gəldi. Bir neçə əsgərə qadın paltarı geyindirib yola saldıq. Bəzilərinə isə ərim şəxsiyyət vəsiqəsini verib yola saldı. İŞİD onları axtaranda bir əsgəri təndirin içinə soxdum. Təndirin içi isti idi, əsgər yansa da, səsini çıxarmadı. İŞİD terrorçuları gedəndən sonra onu oradan çıxardım və yola saldım".

Təhlükəsizlik məqsədi ilə qadının adı çəkilmir və fotosu lentə alınmayıb. Şiə türkməni olan qadının əri sünni ərəbdir. Onun əri məscid axundu olub. Sonra isə İŞİD kəndə hücum edib: "Bəsrəli 3 şiə gənc var idi. Ərim onları məsciddə gizlətdi. Bir gün gecə saatlarında İŞİD gəldi. Bizim onlara kömək etdiyimizi başa düşdülər. Ərimi apardılar. Ərimdən xəbər ala bilmədim.

Ertəsi gün yenə gəldilər və evimizi bombaladılar. Onlardan biri mənə "Sən aşura keçirirsən, deməli imam Həsəni sevirsən. Biz bunun qisasını alacağıq"-dedi. Bizə buradan getməyimizi söylədilər. Mən iki övladım, müəllimlərlə birlikdə yola çıxdıq. Yolda İŞİD bizi saxladı. Ətrafdan topladıqları qadınlarla birlikdə bizi bir qaraja apardılar. Orada 18 qadın və gənc qız var idi. Bundan başqa 4 uşaq da orada idi. Qızları gözümüzün qabağında zorladılar. Bir qızı dörd nəfər növbə ilə zorladı. Onlardan ikisi bizim qonşu ərəblər idi. Onları tanıdım. Bizim oradakı bir sünni kəndin əhalisinin çoxu İŞİD-ə qoşulmuşdu". Qarajda 21 gün qalan qadın çox zəiflədiklərini, tez-tez huşsuz olduqlarını bildirir. Yeməyə heç nə verməyiblər. Zorlanan qızlar ölüb. İŞİD yaşlı bir adamı qadınlara nəzarətçi təyin edir. Terrorçular gedəndən sonra yaşlı adam qadınlara su verib. Uşaqlara isə keçi südü verib: "Sonra  o adam gəldi və "sabah sizi aparacaqlar, buradan qaçın"-dedi. Bizi yola çıxardı və geri qayıtdı. Sonra isə bizə kömək edən adamı terrorçular qətlə yetirib".

ADGTT-da “Səhnə” kitabının təqdimatı keçirilib (FOTO) like
  • 10 Okt 20:41  
Digərləri ADGTT-da “Səhnə” kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) yazıçı-dramaturq

arrow Ətraflı
Qobustanda AĞIR QƏZA: like
  • 10 Okt 20:38  
Digərləri Qobustanda AĞIR QƏZA:

Qobustan rayonunda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.

arrow Ətraflı
"Boşanmaq mənim üçün çətin olmadı" like
  • 10 Okt 20:36  
Digərləri "Boşanmaq mənim üçün çətin olmadı"

Aktyor Bekir Aksoydan boşanan Derya Çavuşoğlu ayrılması ilə bağlı jurna

arrow Ətraflı
Vüqar Rəhimzadə: Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir like
  • 10 Okt 20:29  
Digərləri Vüqar Rəhimzadə: Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir

Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşa

arrow Ətraflı
Bakı zooparkına yeni heyvanlar gətirildi like
  • 10 Okt 20:26  
Digərləri Bakı zooparkına yeni heyvanlar gətirildi

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib.

arrow Ətraflı
Perihan Savaş yeni serialla ekranlara qayıdır like
  • 10 Okt 20:24  
Digərləri Perihan Savaş yeni serialla ekranlara qayıdır

"Yeşilçam" ulduzu Perihan Savaş illər sonra ekranlara qayıdır.

arrow Ətraflı
Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır like
  • 10 Okt 20:19  
Siyasət Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Mənəvi Də

arrow Ətraflı
Film qəhrəmanlarının "əkiz"inə dönür  FOTO like
  • 10 Okt 20:18  
Digərləri Film qəhrəmanlarının "əkiz"inə dönür FOTO

Kospley fanatı və bloqer Elison Tabbita məşhur filmlərin qəhrəmanlarını

arrow Ətraflı
Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır like
  • 10 Okt 20:14  
Digərləri Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması

arrow Ətraflı
Düşmən idilər, ataoğul oldular  FOTO like
  • 10 Okt 20:12  
Digərləri Düşmən idilər, ataoğul oldular FOTO

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun 3-cü filmi "Hadi be oğlum"u

arrow Ətraflı
Bakı zooparkına qoyun gətiriləcək like
  • 10 Okt 20:11  
Digərləri Bakı zooparkına qoyun gətiriləcək

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib.

arrow Ətraflı
Nataşa Korolovanın üzünə nə olub?  FOTO like
  • 10 Okt 20:02  
Şou-biznes Nataşa Korolovanın üzünə nə olub? FOTO

Rusiyalı müğənni Nataşa Korolova son paylaşımı ilə sevənlərini kədə

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz regionunda fəal sahibkar qadınlar axtarır like
  • 10 Okt 20:01  
İqtisadiyyat İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz regionunda fəal sahibkar qadınlar axtarır

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzi

arrow Ətraflı