Azərbaycanlı zəvvarlar müqəddəs şəhərlərə yola düşdülər


Digərləri 10 Okt 2017 20:50:00 345 0

Azərbaycanlı zəvvarlar müqəddəs şəhərlərə yola düşdülər

Bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bir qrup zəvvarı müqəddəs şəhərlərə yola salıb. 

Son.az report.az-a istinadən bildirir ki, onlar oktyabrın 6-da səfərə çıxmalı olsalar da, ancaq müəyyən səbəblərdən tarix dəyişdirilib.

Məlumata əsasən, zəvvarlar ilk olaraq İranın ikinci böyük şəhəri olan Məşhəddə müqəddəs yerləri ziyarət edəcəklər: "Onlar ziyarətə avtobusla yola  düşblər və qrupa QMİ-nin iki əməkdaşı rəhbərlik edir. Məşhəddən sonra İraqın Kərbəla və Nəcəf şəhərləri ziyarət olunacaq. Samirə şəhərinin də ziyarət olunması planlaşdırılır".