Bakı zooparkına yeni heyvanlar gətirildi


Digərləri 10 Okt 2017 20:26:00 383 0

Bakı zooparkına yeni heyvanlar gətirildi

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib.

Son.az bildirir ki, bu barədə Trend-ə Parkın direktoru Azər Hüseynov deyib.

O qeyd edib ki, Bakı Zooloji Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi əsasında bu yaxınlarda Heyvanat Parkına bir lama, bir yallı qoyun (Afrika faunasına aid), bir çəhrayı qutan, bir quzğun və bir iri yapalaq gətirilib.

A.Hüseynov həmçinin qeyd edib ki, Moskva Zooparkı ilə də razılaşma əldə olunub.